Bu gün:

Abu Dabi dünyanın ən xoşbəxt şəhəri seçilib


2025-ci il Time Out indeksinə əsasən, Abu Dabi dünyanın ən xoşbəxt şəhəri seçilib. Siyahının ilk onluğunda Dubay 16-cı yerdə qərarlaşıb. Reytinq şəhər sakinlərinin yaşam keyfiyyəti, ictimai əlaqələr və şəxsi məmnunluq səviyyəsi kimi meyarlara görə müəyyənləşdirilib.

Araşdırmalara görə, Abu Dabi sakinlərinin yaşadıqları məkandan duyduğu məmnunluq və cəmiyyət içindəki birlik hissi ilə fərqlənir. Siyahının digər hissəsində Pekin, Şanxay, Çikaqo və Melburn kimi şəhərlər də yüksək yerlərdə qərar tutub.

 Nəticələr göstərir ki, müxtəlif mədəniyyətlərə  və həyat tərzlərinə malik şəhərlərdə də xoşbəxtlik formalaşa bilir.  Bu nəticə xoşbəxtlik səviyyəsinin urban həyatın keyfiyyəti ilə sıx bağlı olduğunu bir daha sübut edir.

Mənbə: Nuvemmag.com                                                                         

Tərcümə etdi: Fidan Mənsimova

 

 

Paylaş
Şərh əlavə et