Bu gün:

Ronaldo 90+15-də səhnəyə çıxıb Əl Nassra möhtəşəm qələbə qazandırıb


Səudiyyə Ərəbistanı Liqasında unudulmaz gecə yaşanıb. “Əl Nassr” əlavə vaxtda Kriştiano Ronaldonun vurduğu həyəcan dolu qolla “Əl Feyha”nı 2:1 hesabı ilə məğlub edib.

Matçın 13-cü dəqiqəsində Ceysonun qolu ilə geri düşən “Əl Nassr”, 37-ci dəqiqədə Portuqaliyalı ulduzun möhtəşəm zərbəsi ilə bərabərliyi təmin edib. Lakin oyunun ən yadda qalan anı 90+15-ci dəqiqədə gəlib. Ronaldo penaltidən vurduğu qolla həm komandasına 3 xal qazandırıb, həm də bir daha futbol sehrbazı olduğunu sübut edib.

Qoldan sonra Ronaldo və komanda yoldaşlarının sevinc anları sosial mediada qısa zamanda trend olub. Bu qələbə ilə “Əl Nassr” liqadakı əla formasını davam etdirib, Ronaldo isə karyerasında vurduğu qolların sayını 952-yə çatdıraraq 1000-lik hədəfə bir addım daha yaxınlaşıb.

https://www.haberler.com/spor/ronaldo-90-15-te-galibiyeti-getirdi-gol-sevinci-19211373-haberi/

Mənbə: Haberler

Tərcümə etdi: Ömər Cəfərov

Paylaş
Şərh əlavə et