ABŞ prezidenti Donald Tramp hərbçilərə Nigeriyada islamçı yaraqlı qruplarla mübarizə aparmaq üçün səfərbər olmağı əmr edib. O, Nigeriya hökumətini xristianları müdafiə etməməkdə ittiham edib.
Tramp hansı qətlləri nəzərdə tutduğunu açıqlamayıb, lakin son vaxtlar ABŞ-də sağçı dairələrdə Nigeriyada xristianlara qarşı soyqırım iddiaları gündəmə gəlib.
Zorakılığı izləyən qruplar Nigeriyada əhalinin iki din arasında təxminən bərabər bölündüyünü və xristianların müsəlmanlardan daha çox öldürüldüyünə dair heç bir dəlil olmadığını deyirlər.
Nigeriya prezidentinin müşaviri Daniel Bwala deyib ki, hər iki lider “insanlığa qarşı terrorun bütün formaları” ilə mübarizədə ümumi maraqları bölüşür.
Mənbə: BBC News
Tərcümə etdi: Aysel Mirzəyeva
