Bu gün:

Donald Tramp ordunun Nigeriyaya göndərilməsini əmr edir


ABŞ prezidenti Donald Tramp Nigeriya hökumətini xristianlara qarşı hücumlara icazə verməkdə ittiham edib və bu hücumlar dayandırılmasa, hərbi müdaxilə edə biləcəklərinə işarə edib.

 Donald Tramp bu barədə "Truth Social" sosial media platformasında açıqlama verib. ABŞ prezidenti bəyan edib ki, o, orduya Nigeriyaya qarşı mümkün hərbi əməliyyata hazır olmağı əmr edib. Həmçinin Donald Tramp Nigeriyaya yardımı kəsə biləcəklərini də qeyd edib. ABŞ-nin  müdafiə naziri Pit Heqset bəyan edib ki, hərbçilər mümkün əməliyyata hazırlaşırlar.


Donald Tramp bir müddət əvvəl Nigeriya ilə bağlı açıqlama verərək, xristianlara qarşı hücumlar olduğunu iddia edib. ABŞ prezidenti bəyan edib ki, bu cür hücumlar heç bir qrupa, o cümlədən xristianlara qarşı yönəlməməlidir.


Mənbə: Habertürk 

Tərcümə etdi: Banuçiçək Qurbanova 

Paylaş
Şərh əlavə et