Beşiktaş klubunun sabiq prezidenti Həsən Arat klub üzvlüyündən 1 il müddətinə müvəqqəti olaraq çıxarılıb.

Sinan Erdem İdman Salonunda keçirilən Beşiktaş Klubunun 2025-ci il illik idarə və maliyyə ümumi yığıncağında intizam komitəsinin qərarı ilə Həsən Aratın klub üzvlüyündən 1 il müddətinə uzaqlaşdırılması məsələsi səsverməyə çıxarılıb.
Nəticəyə əsasən, Həsən Arat çoxluq səs ilə 1 illik müddətə klub üzvlüyündən müvəqqəti uzaqlaşdırılıb.
Beşiktaş Klubunun 12 aprel tarixində keçirilmiş adi divan yığıncağında Həsən Arat çıxışı zamanı klubun sabiq divan rəhbəri Təvfiq Yamantürk ilə gərginlik yaşayıb, mübahisə fiziki qarşıdurmaya çevrildikdən sonra toplantı ləğv edilib.
Mənbə: TRT Spor
Tərcümə etdi: Fəqan Nurullazadə
