Azərbaycan futbolunun flaqmanı olan ''Neftçi'' son 3 oyunda əldə etdiyi parlaq qələbələrlə özünün əvvəllki imicinə qovuşur.
Ölkəmizin köklü futbol klubu həftə ərzində keçirilən bütün matçlarda rəqib komandaları məğlub edərək azərkeşlərini sevindirib. Qeyd edək ki, sözügedən komanda 2:0 hesabı ilə ''Qəbələ'' futbol klubuna, daha sonra isə ev oyununda ''Moik''-ə 6:2 hesabı ilə qalib gəlib. Azərbaycan Premyer Liqasının 10-cu turunda ''Kəpəz''-lə keçirilən oyunda isə 5 qol vuraraq möhtəşəm qələbəyə imza atıb.
''Neftçi''-nin baş məşqçisi Samir Abbasov Mətbuat konfransındakı çıxışında qələbəni şərh edib.''Oyunçuların məhz bu matçda istəkli olduqları'' fikri ilə razılaşmadığını, onların bütün oyunlarda əllərindən gələni etməyə çalışdıqlarını bildirib. ''Ümumi nəticədən razı qaldım, ancaq bəzi məqamlarda fərdi oynayırıq'',-deyə əlavə edib.
Qeyd edək ki, 9 noyabr tarixində ''Neftçi'' ilə ''Qarabağ'' derbi oyununda üz-üzə gələcəklər. Hər iki komandaya da uğurlar arzulayırıq.
Zeynəb Şahmarova
