ABŞ Prezidenti Donald Trampın Orta Şərq üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barrack Suriyanın müvəqqəti dövlət başçısı Əhməd Şaaranın yaxın zamanda Vaşinqtonu ziyarət edəcəyini bildirib.

Ağ Evin rəsmisinin sözlərinə görə, bu səfərin təxminən 10 noyabr tarixində baş tutması gözlənilir. Bu, Suriya dövlət başçısının ABŞ paytaxtına ilk rəsmi səfəri olacaq. Tom Barrack Bəhreyndə keçirilən illik qlobal təhlükəsizlik və geosiyasi konfrans olan Manama Dialoqu çərçivəsində jurnalistlərə verdiyi açıqlamada bildirib ki, səfər zamanı Suriyanın İŞİD-ə qarşı ABŞ rəhbərliyindəki koalisiyaya qoşulması ümid edilir.
Mənbə: BBC News
Tərcümə etdi: Səmayə Səftərova
