Bu gün:

Dries Mertens və ailəsi 6 aydan sonra RAMS Parka qayıdırlar


"Qalatasaray"-ın sabiq futbolçusu Dris Mertens ailəsi ilə birlikdə "Trabzonspor" matçını izləmək üçün "RAMS Park"-a gəlib. Matçdan əvvəl Mertens ailəsinə plaket və formalar təqdim olunub.


Trendyol Superliqasının 11-ci turunda "Qalatasaray" doğma meydanda "Trabzonspor"-la qarşılaşarkən "sarı-qırmızılar"-ın sabiq futbolçusu Dris Mertens matça qatılıb. Mertens həyat yoldaşı Katrin Kerkhofs və oğlu Ciro ilə RAMS Parkına gəlib.

Qarşılaşmadan əvvəl "Qalatasaray"-ın prezidenti Dursun Özbek Dries Mertensə göstərdiyi zəhmətə görə plaket təqdim edib. Özbek Mertens ailəsinə arxa tərəfində adları yazılan Qalatasaray formaları da hədiyyə edib. 

Belçikalı futbolçu "Qalatasaray"-ın heyətində 136 matçda forma geyinib və 25 dəfə rəqib qapısına yol tapıb. Mertens ötən mövsümün sonunda "Qalatasaray"-dan ayrıldıqdan sonra futboldan ayrılıb.


Mənbə: Haberler 

Tərcümə etdi: Banuçiçək Qurbanova 

Paylaş
Şərh əlavə et