“Beşiktaş” klubu Trendyol Super Liqasının XI turunda “Fənərbaxça” ilə keçirəcəyi oyunun hazırlıqlarını bu axşam BJK Nəvzat Dəmir bazasında baş tutan məşqlə yekunlaşdırıb.
Təxminən 1 saat davam edən məşq mətbuat nümayəndələrinin iştirakı olmadan qapalı şəraitdə keçirilib.
Baş məşqçi Sərgən Yalçının rəhbərliyi ilə keçirilən məşq əsasən fiziki hazırlıq və taktiki çalışmalar üzərində qurulub. Komanda isinmə qaçışlarından sonra taktiki tapşırıqlarla hazırlığı tamamlayıb.
“Beşiktaş” Trendyol Super Liqasının XI turu çərçivəsində bu gün, 2 noyabr tarixində, saat 21:00-da “Tüpraş” stadionunda “Fənərbaxça” ilə qarşılaşacaq.
Mənbə: Bjk.com.tr
Tərcümə etdi: Nazim Xeyrxəbərli
