Bu gün:

Türkiyə neft və qaz hasilatını artırır


24media.az Azərtac-a istinadən xəbər verir ki, Türkiyədə neft və qaz hasilatının həcmi artır, bu isə ölkənin enerji sahəsində idxaldan asılılığının azalmasına töhfə verir.

Ötən ilin yekunlarına əsasən, Türkiyədəki yataqlarda ümumilikdə 2,3 milyard kubmetr qaz və 5,3 milyon ton neft hasil edilib. Qaz hasilatında əvvəlki ilin göstəriciləri 176 faiz, neft hasilatında isə 30 faiz artıb.

Eyni zamanda, Türkiyədə “mavi yanacaq” istehlakının artması fonunda 2024-cü ildə təbii qaz idxalı 3,4 faiz yüksələrək 52,2 milyard kubmetrə çatıb. Ümumi istehlakda yerli qazın payı 4,3 faiz təşkil edib.

Ötən il Türkiyəyə neft idxalı isə əksinə olaraq, 4,4 faiz azalaraq 30 milyon tona enib. Bununla belə, ölkə daxilində hasil olunan “qara qızıl”ın payı iqtisadiyyatın tələbatının 15 faizini ödəyib.

Turqut Ansari

Paylaş
Şərh əlavə et