Bu gün:

Sürət qazanan Abubakar dayanmır


Azərbaycan Premyer Liqasının 10-cu turunda “Neftçi” doğma meydanda “Kəpəz”i 5:1 hesabı ilə məğlub edib. Bakı klubunun hücumçusu Vinsent Abubakar görüş ərzində 1 dəfə fərqlənərək son 3 oyunda ümumilikdə 5-ci qoluna imza atıb.

“Neftçi”nin qollarını Emin Mahmudov, Vinsent Abubakar, Bassala Sambou (2) və Freddi Varqas vurub. “Kəpəz”in yeganə qolunun müəllifi isə Sadiq Şəfiyev olub.

Yeni transfer Abubakar qısa müddətdə komandanın hücum xəttində əsas aparıcı futbolçulardan birinə çevrilib. Onun ardıcıl görüşlərdə nümayiş etdirdiyi məhsuldar oyun “Neftçi”nin hücumuna dinamika qazandırıb və komandanın liderlik iddiasını daha da möhkəmləndirib.

https://www.haberler.com/spor/hizini-alan-aboubakar-dur-durak-bilmiyor-3-macta-19209728-haberi/

Mənbə: Haberler

Tərcümə etdi: Ömər Cəfərov

Paylaş
Şərh əlavə et