Almaniya Kansleri Fridrix Merzin Ankaraya səfəri zamanı verdiyi güclü mesajlar ictimaiyyətdə böyük maraq doğurub və müxtəlif müzakirələrə səbəb olub.

Merzin strateji dialoq və müdafiə sahəsində əməkdaşlıq təşəbbüsləri, Türkiyənin Aİ prosesinə dair verdiyi açıqlamalar Türkiyə mediasında gələcəyə dair böyük gözləntilər yaradıb. Berlində isə bu inkişaflar daha ehtiyatlı şəkildə şərh edilib.
Cümhuriyyət Bayramı günü Ankaraya səfər edən Merz ertəsi gün Prezident Rəcəb Tayyib Ərdoğanla görüşündən əvvəl Anıtqəbiri ziyarət edib və Anıtqəbir xüsusi dəftərinə bu sətirləri yazıb: "Mustafa Kamal Atatürk 102 il əvvəl Türkiyə Cümhuriyyətini quraraq yeni bir dövr başladıb. O, bir dövlət adamı və uzaqgörən şəxsiyyət kimi ölkəsini Avropanın idealları ilə birləşdirib və müasirlik yolunda irəliləyib".
Mənbə: BBC News
Tərcümə etdi: Səmayə Səftərova
