Bu gün:

Azərbaycanın dəstəyi ilə Keniyada Gənclərin Liderlik və İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb


24media.az Azərtac-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə Keniyanın paytaxtı Nayrobi şəhərində Gənclərin Liderlik və İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb.

Azərbaycanın Keniyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, Mərkəz gənclərin bacarıqlarının və cəmiyyətdə rolunun artırılması, liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi, eləcə də uğurlu karyera qurmaları üçün səyləri dəstəkləmək məqsədini daşıyır.

“Beynəlxalq Gənclər Şəbəkəsi” İctimai Birliyi və Keniya Xüsusi Təlim-Tədris İnstitutunun təşkilatçılığı ilə noyabrın 1-də baş tutmuş açılış mərasimində layihənin təşəbbüskarı, “Beynəlxalq Gənclər Şəbəkəsi” İctimai Birliyinin təsisçi himayədarı, Keniya Prezidentinin qızı Şarlin Ruto, AIDA-nın direktoru Elməddin Mehdiyev, Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev, habelə ictimai xadimlər və gənclər iştirak edib.

Turqut Ansari

Paylaş
Şərh əlavə et