Payız 2025-in əsas trendlərindən biri heykəltəraş siluetləridir – incə drapirovkalar, böyüdülmüş formalar və assimetriya ilə fərqlənən bu üslub qara, ağ, tünd qırmızı və bej tonları ilə birləşərək “sakit zənginlik” təsiri yaradır.
Bu tərzi öz qarderobunuza daxil etmək üçün drapirovkalar, kəskin biçimli geyimlər, diqqətçəkən üst geyimlər və zərif aksessuarlar barədə düşünün.
Bloomingdale’s mağazasında bu üslubu əks etdirən geyimləri tapmaq mümkündür. Yaxın vaxtlarda pərakəndəçinin 59-cu küçədəki əsas filialına baş çəkilərək payızın bu heykəltəraş tərzini nümayiş etdirən iki fərqli qiymət aralığında görünüş hazırlanıb. Belə ki, bunlardan biri 2000 dollardan yuxarı, digəri isə 250 dollardan aşağıdır.
Görünüş 1: Dəri paltar dəbi
Minimalist siluetlərdə fərqlənmək üçün dəri və süet kimi lüks materiallara üstünlük verməyiniz tövsiyə olunur.
Həcmli çiyinli, ikiqat düyməli dəri pencəyi qarışıq materialdan hazırlanmış pliseli maksi donla birləşdirərək heykəltəraş formalı aksesuarla tamamladığınızda, mükəmməl və zərif bir dəb görünüşü əldə edirsiniz.
Görünüş 2: Böyük qol detalları
Aşağı salınmış çiyinlər, şişirdilmiş qollar və pliseli bel, gündəlik denimdən hazırlanmış orta uzunluqlu dona incə, amma diqqətçəkən bir cazibə qatır. Zərif, timsah dərisi naxışlı çanta isə bu görünüşü mükəmməl şəkildə tamamlayır.
Mənbə: pagesix.com
Tərcümə etdi: Şehrin Musayeva
