Bu gün:

Bakıda Avrasiya Gənc İş Adamları Forumu keçirilib


24media.az Azərtac-a istinadən bildirir ki, Bakıda “Gənc MÜSİAD”ın təşkilatçılığı ilə Avrasiya Gənc İş Adamları Forumu (EYBF2025) işə başlayıb.

Forum Türkiyənin Prezident Administrasiyasına bağlı İnvestisiya və Maliyyə Ofisinin, Türkiyə Cümhuriyyəti Gənclik və İdman Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə həyata keçirilib.

Tədbirdən əvvəl Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Ardınca “Gənc MÜSİAD”ın fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.

Forumun açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda gənclər siyasətinin təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Bildirib ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam edilir. Nazir qeyd edib ki, Azərbaycanda innovasiya və sahibkarlığın inkişafı ilə bağlı müxtəlif forumlar keçirilir: “KOBİA tərəfindən bu günə qədər gənclər üçün 4 forum keçirilib. Azərbaycanda müxtəlif beynəlxalq forumlar təşkil olunur. Bu cür forumlar gənc sahibkarların dünyaya tanıdılmasında mühüm rol oynayır”, - deyə nazir vurğulayıb.

Turqut Ansari

Paylaş
Şərh əlavə et