Bu gün:

Heidi Klumun” Halloween 2025” ziyafətində ulduz kostyumları


Bu ilin ən qorxulu gecəsi rəsmi olaraq başlayıb. Heidi Klum öz vəhşi, qəribə, heyranedici kostyumları və dünya üzrə məşhurları cəlb edən illik ziyafəti sayəsində "qorxulu mövsümün" rəsmi Kraliçası olaraq yerini möhkəmləndirib.

O, gün boyu pərəstişkarlarını həyəcan içində saxlayıb, İnstaqram hesabında kostyumundan parçalar paylaşıb.

Son illərdə məşhur qurd və tovuz quşu kostyumlarından sonra "Project Runway" ulduzu heyvan mövzusunu yeni səviyyəyə qaldırıb, parlaq yaşıl və olduqca dəhşətli Medusa kimi görünüb.

Heidi kostyumunu hazırlamaq üçün Oskar mükafatına namizəd olan qrim ustası Mayk Marino ilə bir daha əməkdaşlıq edib və 35 nəfərdən çox bir komanda onun diqqət mərkəzində olmasını təmin etmək üçün səylə çalışıb.

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et