Argentina futbolunun super ulduzu Lionel Messi səhhətində heç bir problem olmayacağı təqdirdə 2026-cı il FIFA Dünya Kubokunda oynamağa ümid etdiyini söyləyib.
NBC News-a verdiyi müsahibədə 38 yaşlı oyunçu gələn il ABŞ, Meksika və Kanadada 2026-cı ilin yayında baş tutacaq ən böyük futbol yarışında oynayacağına işarə edib.
"Gələn il “İnter” (Mayami) ilə mövsümə qədər hazırlıq mərhələsinə başlayanda bunu hər gün qiymətləndirəcəyəm və həqiqətən qrupa, milli komandaya faydalı ola bilmək naminə qərar verəcəyəm”,- səkkiz dəfə “Qızıl top”un qalibi olan oyunçu bildirib.
Sentyabrdakı beynəlxalq pəncərədə gələn ilki Dünya Çempionatına vəsiqə qazandıqdan sonra Messi mətbuata bildirib ki, gələn ilki yarışda iştirakı ilə bağlı qərar verməyi gözləyəcək.
Qeyd edək ki, Argentinalı futbolçu 2005-ci ildə debüt edəndən bəri ölkəsinin heyətində 114 qol vurub. 2026-cı il Dünya Kubokuna qayıtması onun turnirdə altıncı çıxışı olacaq.
Mənbə: NBC news
Tərcümə etdi: Zeynəb Şahmarova
