Bu gün:

Ərzurumspor Hatayspor üzərində qələbə qazanıb


Trendyol 1-ci Liqasının 12-ci turu çərçivəsində keçirilən açılış oyununda Ərzurumspor FK, Atakaş Hatayspor üzərində qələbə qazanıb.

Qarşılaşma Ərzurumsporun 3:0 hesablı üstünlüyü ilə başa çatıb.


Ərzurumsporun qollarını Ərən Tozlu (2 qol) və Çeykne Silla vurublar. Hataysporun futbolçusu Kamil Əhməd Çörəkçi isə oyunun 14-cü dəqiqəsində qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. 


Bu nəticədən sonra Ərzurumsporun xal sayı 22-yə yüksəlib.


Mənbə: TRT sports

Tərcümə etdi: Fəqan Nurullazadə 

Paylaş
Şərh əlavə et