Apple Siri-ni yenidən dizayn etmək üçün “Veritas” adlı gizli süni intellekt robotu üzərində işləyir. Şirkət bu addımla OpenAI və Google kimi rəqiblərlə fərqi azaltmaq niyyətindədir.
Veritas ChatGPT və Google Gemini-yə bənzər şəkildə istifadəçi ilə təbii dialoqlar qura və cihazdakı şəxsi məlumatlarda axtarış edə bilir. Apple əməkdaşları bu bot vasitəsilə Siri-nin yeni funksiyalarını daxili mühitdə sınaqdan keçirirlər. Hazırda Veritas ictimai istifadəyə açıq deyil, çünki Apple gizlilik və təhlükəsizliyə üstünlük verir. Şirkət uzunmüddətli məqsəd kimi Siri-ni daha güclü və rəqabətədavamlı süni intellekt köməkçisinə çevirməyi planlaşdırır.
Mənbə: TRT HABER
Tərcümə etdi: Fidan Mənsimova
