Pakistanın Karachi şəhərində bu gün dünyanın ən böyük mədəniyyət tədbirlərindən biri olan “World Culture Festival 2025” başlayıb. Festivalda 141 ölkədən sənətçilər, nümayəndələr və mədəniyyət xadimləri iştirak edirlər.
Tədbir “Sülh, Birlik və Ətraf Mühitin Qorunması” devizi altında keçirilir. Festival çərçivəsində musiqi və rəqs ifaları, sənət sərgiləri, kino nümayişləri və mədəniyyətlərarası dialoq sessiyaları təşkil olunur.
Təşkilatçılar bildiriblər ki, məqsəd müxtəlif xalqlar arasında qarşılıqlı anlayışı və hörməti gücləndirmək, eyni zamanda sülh və mədəni inteqrasiyaya dəstək verməkdir. Festival bir ay müddətində davam edəcək.
Mənbə:https://www.arabnews.com/
Tərcümə etdi :Zəhra Məlikova
