Bu gün:

Niderland parlamentinin aşağı palatasına növbədənkənar seçkilər keçiriləcək


24media.az APA-ya istinadən xəbər verir ki, Niderlandda oktyabrın 29-da parlamentin aşağı palatası üçün növbədənkənar seçkilər keçiriləcək.Krallığın konstitusiyasına əsasən, səsvermə bir gün ərzində baş tutacaq. Ölkə üzrə 9 mindən çox seçki məntəqəsi yerli vaxtla saat 07:30-da açılacaq və 21:00-s qədər fəaliyyət göstərəcək.


Niderland mediasının məlumatına görə, bu il xaricdə yaşayan 135 minə yaxın Niderland vətəndaşı səsvermə üçün qeydiyyatdan keçib. Bu, 2023-cü ildəki parlament seçkiləri ilə müqayisədə 25% çoxdur və rekord göstərici sayılır.

Turqut Ansari

Paylaş
Şərh əlavə et