“Nyukasl Yunayted”in kapitanı Bruno Quimaraes şənbə günü “Fulhem”ə qarşı keçirilən Premyer Liqa oyununda diqqətçəkən performans sərgiləyib.
Oyun zamanı bir qol fürsətini qaçırmasına baxmayaraq, əsəbləşməsi və başını uzun müddət yelləməsi azarkeşlərin diqqətindən yayınmayıb.
Məşqçi və fanatların gözləntilərini yaxşı anlayan braziliyalı yarımmüdafiəçi komandaya həm hücumda, həm də müdafiədə böyük töhfə verir. O, “Nyukasl Yunayted”in iki dəfə Çempionlar Liqasına vəsiqə qazanmasına və bir kuboku əldə etməsinə mühüm rol oynayıb.
Futbolsevərlər Quimaraesin klubda oynamağı ürəkdən sevdiyini, onun peşəkarlığı və oyuna bağlılığının “Nyukasl Yunayted” ruhunu əks etdirdiyini vurğulayırlar.
Mənbə: BBC
Tərcümə etdi: Nazim Xeyrxəbərli
