Bu gün:

Fənərbaxça Sörloth üçün hərəkətə keçib


"Fənərbaxça" Norveçli hücumçu Alexander Sörlothu transfer etmək üçün danışıqlara başlayır. “Atletiko Madrid” futbolçu üçün təxminən 35 milyon avro tələb edir.

Superliqada çempionluq uğrunda mübarizə aparan “Fənərbaxça” qış fasiləsində hücum xəttini gücləndirmək istəyir. Komanda Duranın zədəsi və En-Nesyrinin zəif forması səbəbindən bu mövqedə çətinlik çəkir.

İspaniyanın Fichajes nəşrinin məlumatına görə, klub rəhbərliyi Sörlothu əsas transfer hədəfi kimi müəyyən edib. Prezident Sadettin Saran futbolçunun “komandada fərq yarada biləcəyinə” inanır. Norveçli hücumçunun da İstanbula müsbət yanaşdığı deyilir.

https://www.haberler.com/spor/fenerbahce-alexander-sorloth-icin-dugmeye-basti-19195725-haberi/

Mənbə: Haberler

Tərcümə etdi: Cəfərov Ömər

Paylaş
Şərh əlavə et