Bu gün:

Okan Burukun “dalya” sevinci


“Qalatasaray”ın baş məşqçisi Okan Buruk, “Göztepe” oyunu ilə “dalya” (yəni 100-cü qələbə) həyəcanı yaşayıb. Təcrübəli məşqçi sarı-qırmızılı komandanın başında 100-cü liqa qələbəsini qazanıb.

2022/2023 mövsümünün əvvəlində vəzifəyə gələn təcrübəli məşqçi ilk oyununa “Antalyaspor” qarşısında oynayıb. O, komandası ilə 120-ci liqa oyununa “Göztepe” qarşısında çıxıb və bu müddətdə cəmi 20 oyunda xal itkisi yaşayıb.

Bu müddət ərzində 13 bərabərlik və 7 məğlubiyyət alan 52 yaşlı məşqçi hər oyuna orta hesabla 2,61 xal toplayıb.

Okan Buruk həm də liqada bir komandanın başında 100 qələbəyə ən az oyunda çatan baş məşqçi olub. Daha əvvəl Fatih Terim 100 qələbəyə 142, Gordon Milne və Şenol Güneş isə 151 oyunda çatıblar.

Okan Buruk bu mövsümə də komandası ilə uğurlu başlanğıc edib. “Qalatasaray” 10 liqa oyununda 28 xal toplayıb. Liqa tarixində ilk 10 turda bu qədər xal toplanan üç mövsümün hamısında komandanın başında Okan Buruk olub.


Mənbə: TRT sprots

Tərcümə etdi: Fəqan Nurullazadə

Paylaş
Şərh əlavə et