Tokioya səfərə gələn ABŞ prezidenti Donald Tramp və Yaponiyanın baş naziri Sanae Takaichi nadir torpaq metalları ilə bağlı saziş imzalayaraq iki ölkə arasında münasibətlərdə yeni" qızıl dövr" ün başladığını elan ediblər.

2022-ci ildə sui-qəsd nəticəsində öldürülən Trampın dostu və qolf partnyoru Yaponiya lideri Şinze Abenin yaxın müttəfiqi Takaichi ABŞ prezidentini Kamboca ilə Tailand, eləcə də İsrail və HƏMAS arasında atəşkəs əldə etmək üçün göstərdiyi səylərə görə tərifləyib.
Baş nazir Trampa Abenin pultu, Yaponiya çempionu Hideki Matsuyamanın imzası olan qolf çantası və qızılla örtülmüş qolf topu hədiyyə edib.
Mənbə: BBC News
Tərcümə etdi: Əli Balayev
