Bu gün:

Süni intellektlə söhbətlər psixi sağlamlıq riskini artırır


OpenAI bildirir ki, hər həftə bir milyondan çox ChatGPT istifadəçisi intihar niyyəti  olan mesajlar göndərib. Şirkət bu məlumatı paylaşmaqla süni intellektin psixi sağlamlığa təsiri barədə narahatlıqları artırıb. Artan istifadəçi sayı fonunda psixi sağlamlıqla bağlı hallar chatbot söhbətlərində də əks olunub.

Şirkət qeyd edib ki, yeni GPT-5 modeli əvvəlki versiyaya nisbətən təhlükəsizliyi artırıb və özünə zərərvermə hallarını daha düzgün müəyyən edir.Bu məqsədlə 170-dən çox həkim və psixoloq GPT-5-in cavablarını qiymətləndirib və 1800-dən çox psixi sağlamlıqla bağlı söhbəti təhlil edib.
Mütəxəssislər xəbərdarlıq ediblər ki, chatbotlardan psixoloji dəstək üçün istifadə bəzən insanlara mənfi təsir göstərə bilər. Süni intellektin psixi sağlamlığa təsiri hələ də araşdırılır və bu mövzu ictimai diqqətin mərkəzində qalır. Mütəxəssislər həmçinin  bildiriblər ki, bu texnologiyalar yalnız nəzarət və etik normalara əsaslanaraq istifadə ediləndə təhlükəsiz nəticə verə bilər.

Mənbə: The Guardian
Tərcümə etdi: Fidan Mənsimova

Paylaş
Şərh əlavə et