Bu gün:

Avstraliya ilə yoldaşlıq oyunu İngiltərə üçün yox, rəqib üçün intiqam matçı olacaq


İngiltərə millisinin yarımmüdafiəçisi Ella Tun bildirib ki, Avstraliya ilə keçiriləcək yoldaşlıq görüşü rəqib üçün intiqam oyunu olacaq.

O, xatırladıb ki, komandalar son dəfə 2023-cü il Dünya Çempionatının yarımfinalında qarşılaşıb və həmin vaxt İngiltərə qalib gəlib. Tun deyib ki, Avstraliya bu dəfə intiqam hissi ilə oynayacaq, amma İngiltərə yalnız qələbəyə köklənib.

Baş məşqçi Sarina Viqman isə qeyd edib ki, hər iki komanda o vaxtdan bəri dəyişib və qarşıda onları güclü oyun gözləyir. Görüş çərşənbə axşamı “Pride Park” stadionunda, dolu tribunalar önündə baş tutacaq.

Mənbə: BBC

Tərcümə etdi: Nazim Xeyrxəbərli

Paylaş
Şərh əlavə et