Bu gün:

Bruyne uzun müddət olmayacaq


İtaliya A Seriyası klublarından "Napoli"nin futbolçusu Kevin De Bruyne zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalacaq. Klubun verdiyi açıqlamada bildirilib: "Aparılan testlər nəticəsində oyunçunun sağ bud əzələsində ciddi dərəcədə yırtıq aşkarlanıb. Futbolçunun reabilitasiya proqramına başlanılıb".İtaliya mediasının yaydığı xəbərlərə görə, 34 yaşlı belçikalı ulduzun bu ilin sonunadək meydana qayıtması mümkün deyil.

De Bruyne "Napoli"nin "İnter" üzərində 3:1 hesablı qələbə qazandığı matçda 33-cü dəqiqədə penaltidən komandasını önə keçirib lakin dərhal sonra zədələnərək tibbi heyətin yardımı ilə xəstəxanaya aparılıb. 

De Bruyne, İngiltərə Premyer Liqasında 10 il "Manchester City "nin formasını geyindikdən sonra yay transfer pəncərəsində "Napoli"yə keçib.

Mənbə: Yeni Şafak 

Tərcümə etdi: Mələk Nəsirli



Paylaş