Bu gün:

İordaniya kralı: Beynəlxalq qoşunlar Qəzzada sülhü təmin etmək istəməyəcəklər


Ərəb ölkələrinin və beynəlxalq tərəflərin Trampın atəşkəs planı çərçivəsində Qəzzaya göndərilən "sülhü təmin etmək" tapşırığını rədd edəcəyini İordan  Kralı Abdullah bildirib.

"Qəzza daxilində təhlükəsizlik qüvvələrinin mandatı nədir? Ümid edirik ki, bu, sülhün qorunması olar, çünki əgər sülhün təminedilməsi olarsa, heç kəs buna toxunmaq istəməyəcək" - deyə Kral Abdullah BBC Panorama ilə eksklüziv müsahibəsində bildirib.

"Sülhün qorunması dedikdə, yerli polis qüvvələrini və fələstinliləri dəstəkləmək nəzərdə tutulur ki, İordaniya və Misir onları kütləvi şəkildə hazırlamağa hazırdır, lakin bu, vaxt tələb edir. Əgər biz silahlarla Qəzzada növbətçilik etsək, bu, heç bir ölkənin qarışmaq istəməyəcəyi bir vəziyyətdir".

Kralın şərhləri ABŞ və digər dövlətlərin Həməs və İsrail və ya Həmasın digər Fələstin qrupları ilə davam edən münaqişəyə qarışmaq barədə narahatlığını əks etdirir. BMT-yə görə, sülhün təminedilməsi hərbi müdaxilə daxil olmaqla məcburi tədbirlərdən istifadə edir, sülhün qorunması isə münaqişə tərəflərinin razılığı ilə həyata keçirilir və qoşunlar yalnız özünümüdafiə və öz mandatlarını qorumaq məqsədilə gücdən istifadə edirlər.

ABŞ Prezidenti Trampın 20 bənddən ibarət sülh planına əsasən, Ərəb dövlətləri və beynəlxalq tərəfdaşlar "Qəzzada yoxlanılmış Fələstin polis qüvvələrini hazırlayacaq və onlara dəstək göstərəcək, bu sahədə geniş təcrübəyə malik olan İordaniya və Misirlə məsləhətləşəcək" sabitləşdirici qüvvələr təşkil etməlidir. Həmas silahsızlaşmalı və ərazidəki siyasi nəzarətdən əl çəkməlidir.

Lakin Həmas hələ də silahsızlaşmayıb və öz nüfuzunu bərpa etmək üçün minlərlə döyüşçüsünü səfərbər edib.

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et