Bu gün:

Ərdoğanın əsas rəqibi olan İstanbul meri ittiham olunub


İstanbul Bələdiyyə Başçısı Əkrəm İmamoğlu yeni cinayətlərdə - siyasi casusluqda ittiham olunub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi olan İmamoğlu korrupsiya ittihamı ilə mart ayından bəri həbsdədir, bu yay o, İstanbul prokurorunu ictimaiyyət qarşısında təhqir və təhdid etdiyi üçün 20 ay həbs cəzasına məhkum edilib. Siyasətçi bütün ittihamları rədd edib.

Konkret olaraq, Türkiyənin dövlət xəbər agentliyi Anadolu xəbər verib ki, İstanbul meri 2019-cu il seçki kompaniyası üçün xaricdən maliyyə vəsaiti qarşılığında şəhər sakinləri haqqında məlumat təhvil verməkdə ittiham olunub.

Mənbə: BBC News

Tərcümə etdi: Əli Balayev

Paylaş
Şərh əlavə et