Bu gün:

Almaniyada 400 min quş məhv olub


Almaniyada quş qripi halları sürətlə artır. Rəsmilər virusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görüblər.


Friedrich Loeffler İnstitutunun məlumatına görə, bu il 30 fermada ümumilikdə 400 min toyuq, ördək, qaz və hinduşka məhv olub. Ən çox itki Mecklenburg-Qərbi Pomeraniya və Brandenburq bölgələrində qeydə alınıb. Mütəxəssislər vəziyyətin necə dəyişəcəyini əvvəlcədən deməyin çətin olduğunu bildiriblər. 2020–2021-ci illərin qışında Almaniyada 2 milyondan çox quş qripi səbəbindən məhv edilib.

Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova



Paylaş
Şərh əlavə et