ABŞ və Çin arasında aparılan danışıqlarda müəyyən irəliləyiş əldə olunub. Bu, beynəlxalq bazarlarda müsbət əhval-ruhiyyə yaradıb və investorlar arasında optimizmi artırıb.

Dünya birjalarında səhmlərin dəyəri artıb, qızılın qiyməti isə azalıb. Analitiklərin fikrincə, bu dəyişiklik bazar iştirakçılarının iki ölkə arasında ticarət gərginliyinin azalacağına dair gözləntiləri ilə bağlıdır.
Eyni zamanda, neftin qiymətində də azalma müşahidə olunur. Ekspertlər hesab edirlər ki, tərəflər arasında əldə olunacaq razılaşma yaxın zamanda qlobal neft tələbinə təsir göstərə bilər.
Xatırladaq ki, ABŞ və Çin arasında ticarət münasibətlərində uzun müddətdir davam edən fikir ayrılıqları dünya iqtisadiyyatına mənfi təsir göstərib. Hazırkı danışıqlar bu gərginliyin azaldılması istiqamətində atılan mühüm addım kimi qiymətləndirilir.
Mənbə: Reuters
Tərcümə etdi: İlhamə Nurəhmədova
