Dünyanın ucqar bölgələrində yaşayan “təmassız” yerli tayfaların yarısı növbəti on il ərzində yox ola bilər. “Survival International”ın yeni hesabatına görə, hazırda 10 ölkədə 196 belə icma mövcuddur və onların çoxu Amazon meşələrində yaşayır.
Ən böyük təhlükələr meşə kəsimi, mədənçilik və aqrosənaye genişlənməsidir. Araşdırmanın direktoru Fiona Watson vəziyyəti “televiziyada görünməyən səssiz soyqırımı” adlandırıb.
Ekspertlər xəbərdarlıq edir ki, hökumətlər təcili tədbir görməsə, bu icmalar tarix səhnəsindən silinə bilər. Tayfalarla zorla təmas qurmaq isə onlara ölümcül xəstəliklər yaymaq riski daşıyır.
Mənbə: cbsnews.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
