Bu gün:

Azərbaycan və BMT arasında Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb


Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin verdiyi məlumata istinadən, 24media.az xəbər verir ki, Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı arasında 2026–2030-cu illər üçün Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb.

Bakıda BMT-nin yaradılmasının 80 illiyinə həsr olunmuş bu tədbirdə Azərbaycan Hökuməti və BMT arasında 2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva imzalayıblar.

Sənəd növbəti beş ildə tərəfdaşlığın əsas istiqamətlərini müəyyən edir və dayanıqlı inkişaf, rifahın artırılması, iqlimə davamlılıq və innovasiyalar kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur.

Tədbirdə çıxış edən Vladanka Andreyeva və Ceyhun Bayramov Azərbaycan–BMT əməkdaşlığının əhəmiyyətini vurğulayıb, qadınların və gənclərin rolunun gücləndirilməsinə, inklüziv artım və mədəniyyətlərarası dialoqa diqqət çəkiblər.

İştirakçılar, həmçinin BMT-nin 80 illik fəaliyyətinə həsr olunan “Yaşayan miras” (“A Living Legacy”) adlı qısa filmi izləyiblər.

Asiya Zeynallı

Paylaş
Şərh əlavə et