Bu gün:

Niyə pişiklər hər zaman pəncələrinin üstünə düşür?


Yəqin ki, siz də eşitmisiniz: pişiklər həmişə pəncələrinin üstünə düşür və buna görə də böyük hündürlükdən yıxılmaqdan sağ çıxırlar. Bu, bir tarazlıq qabiliyyətidir, yoxsa sadəcə təsadüf?

Pişiklərin “düzəlmə refleksi” adlanan xüsusi tarazlıq sistemi var. Bu refleks sayəsində onlar havada bədənlərinin istiqamətini dəyişibç pəncələrinin üstünə enirlər.

Fransız alimi Etien-Jül Marey 1894-cü ildə pişiyin yıxılmasını lentə alaraq göstərib ki, pişiyin qulağındakı vestibulyar aparat ona tarazlığı saxlamağa və düzgün istiqamət götürməyə kömək edir.

Pişiklərin körpücük sümüyü yoxdur və onurğası çox elastikdir, bu da onların havada çevik hərəkət etməsini təmin edir. Ön pəncələr üzlərini qoruyur, bədən ölçüsü ilə çəkisinin nisbəti isə yıxılma sürətini azaltmağa kömək edir. Bu refleks balalarda 3 həftəliyində yaranır, 7 həftəliyində isə tam formalaşır.

Tədqiqatlar göstərib ki, hündürlük enişin nəticəsinə təsir edir. 1987-ci ildə Nyu-Yorkda aparılan araşdırmada çoxmərtəbəli binalardan yıxılan pişiklərin çoxu betona düşsə də, sağ qalıb. Bu da onların bədən quruluşunun nə qədər mükəmməl olduğunu sübut edir. Daha maraqlısı da odur ki, pişik nə qədər uzun müddət yıxılarsa, sağ qalma şansı bir o qədər çox olur. 7 mərtəbədən yuxarı hündürlükdən yıxılan 22 pişikdən 21-i sağ qalıb.

Mənbə: bethowen.ru
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et