Bu gün:

Niyə Dubay şokoladı kimi qidalar onlayn şəkildə “partlayır” ?


2025-ci il başlayana qədər Dubay və şokolad sözləri heç vaxt uyğunlaşmırdı. Amma 10 ay sonra püstə ilə doldurulmuş şokoladı demək olar ki, bütün mağazalarda görmək  mümkün oldu. Bəs bu şokoladın məşhurlaşmasına və hər kəsin arzu siyahısına düşməsinə səbəb nədir?

Oksford Universitetində eksperimental psixologiya üzrə professor Çarlz Spens bu haqda araşdırma aparıb.

Professor qeyd edir ki, içki və yemək trendlərinin gənclər arasında yaylmasının səbəbi sosial mediadır. O, düşünür ki, başlıca səbəbkarlar isə ən yeni yeməkləri kəşf etməyi və yeməyi sevən blogerlərdir. 

Çarlz Spens: “Trendlərin başlaması üçün "fərqli, unikal görünən bir şey" olmalı idi”. Bu tələblərə yaşıl püstə və ətrafında olan qəhvəyi şokolad görüntüsü ilə Dubay şokoladı tamamilə uyğundur.

O, həmçinin “unikal” görünüşün Aperol Spritz içkisinin və hətta roze (şərab) növünün yenidən populyarlaşmasına da kömək etdiyini deyib. Çünki bir çoxları bunun dadından və ya ətirindən çox Instagramda gözəl görünməsi ilə bağlı olduğunu düşünürlər.

"Onları dadarkən bəzən niyə bu qədər populyar olduqlarını və nə baş verdiyini düşünürsənX''.

"Araşdırma aparıb Dubay şokoladından özüm də dadmalı oldum, qalan hissəsi isə hələ də soyuducunun arxasındadır. Onu bitirə bilmirəm''.

Tərcümə etdi: Nərmin Məmmədzadə

Mənbə: BBC


Paylaş
Şərh əlavə et