24media.az Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məlumatına istinadən, bildirir ki, məktəbəqədər təhsil müəssisələrində çalışan müdirlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə diaqnostik qiymətləndirilmə prosesi oktyabrın 25-də müvəffəqiyyətlə başa çatıb.

Məlumatda qeyd olunur ki, imtahan prosesi ölkənin 10 müxtəlif şəhərində yerləşən 12 imtahan mərkəzini əhatə edib.
Qiymətləndirmədə iştirak faizi yüksək olub – 90% davamiyyət qeydə alınıb. Bu nəticə rəhbər heyətin öz peşə bilik və bacarıqlarını yoxlamağa yüksək maraq göstərdiyini əks etdirir.
Rəna Qarayeva
