Bu gün:

Mbappe və Bellingham "Barcelona"ya qarşı 2:1 hesablı qələbəyə səbəb olub


Kylian Mbappe və Jude Bellingham-in qolları "Real Madrid"ə bu gün baş tutan gərgin El Clásico qarşılaşmasında "Barcelona" üzərində 2:1 hesablı qələbə qazandırıb. Bu nəticə "Real"ın rəqibinə qarşı ardıcıl 4 oyundan ibarət məğlubiyyət seriyasını qırıb və La Liqada liderliyini möhkəmləndirib.

Mbappe 22-ci dəqiqədə Bellingham-ın dəqiq ötürməsindən sonra yaxın məsafədən hesabı açıb. Lakin 38-ci dəqiqədə Arda Gülerin səhvindən yararlanan "Barcelona" Fermin Lopez-in qolu ilə bərabərlik əldə edib. 5 dəqiqə sonra isə Vinicius Junior-un əla reydi və ötürməsi nəticəsində Bellingham altı metrlik zonadan topu qapıya göndərərək hesabı 2:1 edib.

"Real"ın daha bir neçə qol imkanı olsa da, "Barcelona"nın qapıçısı Wojciech Szczęsny Mbappe-nin penalti zərbəsini qaytarmaqla fərqlənib. "Barcelona" ikinci hissədə "Real"ın qapıçısı Thibaut Courtois-a real təhlükə yarada bilməyib və əlavə dəqiqələrdə Pedrinin Aurelien Tchouameni-yə arxadan sərt müdaxiləsinə görə ikinci sarı vərəqə alaraq 10 nəfərlə oyunu tamamlayıb. 

Bu qələbə ilə "Real Madrid" xallarını 27-yə çatdıraraq "Barcelona"nı 5 xal geridə qoyub.

Mənbə: Reuters 

Tərcümə etdi: Mələk Nəsirli

Paylaş
Şərh əlavə et