Trendyol Superliqasının 10-cu həftəsində “RAMS Park”da “Qalatasaray” “Göztepe”ni 3-1 hesabı ilə məğlub edib. Lakin qarşılaşmanın ən yadda qalan anı baş məşqçi Okan Burukun şəxsi uğuru olub.
2022-ci ildə komandanın sükanına keçən Buruk, bu oyunla Superliqada 120-ci matçına çıxaraq 100-cü qələbəsini əldə edib! Beləliklə, o, 100 qələbəyə ən tez çatan məşqçi kimi tarixə düşüb.
Geridə qalan oyunlarda Okan Burukun komandası cəmi 7 dəfə məğlub olub, 13 dəfə heç-heçə edib. 52 yaşlı çalışdırıcı “Qalatasaray”la 3 dəfə Superliqanın çempionu, 1 dəfə Ziraat Türkiyə Kubokunun və TFF Superkubokunun qalibi olub.
https://www.haberler.com/spor/okan-buruk-dalya-yapti-19188256-haberi/
Mənbə: Haberler
Tərcümə etdi: Ömər Cəfərov
