Bu gün:

PKK silahlı qüvvələrini Türkiyədən geri çəkir


PKK, Türkiyədən silahlı qüvvələrini geri çəkmək qərarı verdiyini açıqlayıb.

Məlumata görə, bəyanat “Kürd Azadlıq Hərəkatı İdarəçiliyi” adı altında yayımlanıb. Bu qurum, may ayında PKK-nın özünü rəsmi şəkildə ləğv etməsindən sonra onun fəaliyyətini siyasi müstəviyə daşımaq məqsədilə yaradılıb.

Qandildə keçirilən mətbuat konfransında bəyanatın türk dilindəki mətnini KCK İcra Şurasının üzvü Sabri Ok səsləndirib. O, çıxışında bu qərarın bölgədə sülh və dialoq üçün yeni imkanlar aça biləcəyini vurğulayıb.

Bəzi mənbələrə görə, təşkilatın silahlı dəstələrinin geri çəkilməsi mərhələli şəkildə həyata keçiriləcək və bu proses beynəlxalq müşahidəçilərin iştirakı ilə izlənilə bilər.

Mənbə: BBC

Tərcümə etdi: Ətirə İbayeva

Paylaş
Şərh əlavə et