Amerikalı dizayner Brandon Maksvel bu ay özünün ilk çanta kolleksiyasını satışa çıxarıb. Kolleksiya üç əsas modeldən ibarətdir: gündəlik istifadə üçün “Maxwell”, axşam və xüsusi tədbirlər üçün “Louise Pochette”, eləcə də səyahətlərə uyğun “Vance Weekender”.
Dizayner bildirib ki, bu layihə “illərdir arzuladığı bir iş” olub və məqsədi həm funksional, həm də lüks görünüşlü aksesuarlar yaratmaqdır.
Yeni kolleksiya klassik formalar, saf dəri materiallar və sakit tonlar ilə seçilir. Rəng palitrasında əsasən bej, qara və zeytun çalarları yer alır.
Brandon Maksvel qeyd edib: “Bu çantalar sadəcə aksesuar deyil, insanın gündəlik həyatını tamamlayan hissədir".
Kolleksiya dizaynerin geyim sahəsindən sonra aksesuar bazarına ilk böyük addımı kimi qiymətləndirilir.
Mənbə: elle.com
Tərcümə etdi: Şehrin Musayeva
