Dell GeForce RTX 5080 qrafik kartı ilə təchiz edilmiş Alienware Aurora R16 oyun kompüterini 1960 dollara, pulsuz çatdırılma ilə satışa çıxarıb. Bu, hazırda bazarda RTX 5080-lə təchiz edilmiş ən ucuz sistemlərdən biridir. Amazon və Best Buy kimi mağazalarda oxşar sistemlər adətən 2400 dollar və yuxarı qiymət aralığındadır.

Əvvəllər bu səviyyədə konfiqurasiya təxminən 3000 dollara başa gəlirdi, lakin son aylarda Nvidia GeForce RTX 50 seriyası kartlarının qiymətləri enib.
Alienware Aurora R16 (1960$) əsas xüsusiyyətlər:
Prosessor: Intel Core Ultra 7 265F (20 nüvə, 5.3GHz turbo)
Qrafik kart: GeForce RTX 5080 GPU
RAM: 16GB DDR5-5600MHz
Yaddaş: 1TB M.2 SSD
Soyutma: 240mm AIO maye soyutma sistemi
Güc bloku: 1,000W PSU
Sistem fərdiləşdirilə biləndir, əlavə ödənişlə Core Ultra 9 285K prosessoru və ya 2TB SSD yaddaş seçmək mümkündür.
RTX 5080 - 4K oyunlar üçün ideal seçim
RTX 5080 ən tələbkar oyunları 4K çözünürlükdə yüksək qrafik parametrlərlə problemsiz idarə edə bilir. Kart DLSS 4 və multi-frame generation texnologiyalarını dəstəkləyir, bu da performansı və görüntü keyfiyyətini daha da artırır.
Bu texnologiyanı dəstəkləyən son oyunlar arasında Doom: The Dark Ages, Clair Obscur: Expedition 33, Borderlands 4, Stellar Blade və Battlefield 6 var.
Mənbə: IGN
Tərcümə etdi: Fərid Tapdıqov
