Bu gün:

Lüvr muzeyindən tac-əsa oğurlayanlar saxlanılıb


Fransa mətbuatının məlumatına görə, Parisin Lüvr muzeyində qiymətli tac-əsa daşlarının oğurlanması ilə əlaqədar iki şübhəli həbs edilib.

Paris prokurorluğunun bildirdiyinə görə, şübhəlilərdən biri Şarl de Qoll aeroportundan uçuş etmək hazırlığı görərkən həbs olunub.

Ötən günlərdə dünyanın ən çox ziyarət edilən muzeyindən ümumi dəyəri 88 milyon avro (76 milyon funt sterlinq, 102 milyon ABŞ dolları) olan əşyalar oğurlanıb. Dörd oğru günortadan sonra elektrik alətləri ilə silahlanaraq binaya soxulublar.

Fransanın ədliyyə naziri təhlükəsizlik protokollarının "işləmədiyini" etiraf edərək, bunun ölkəyə "dəhşətli bir imic" qoyduğunu bildirib.


Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et