Bu gün:

Terrorçusuz Türkiyə prosesində daha bir mərhələ keçilib


Terrorçusuz Türkiyə prosesində daha bir mühüm addım atılıb. Terror təşkilatı PKK Türkiyədən tamamilə çıxır.

Bu prosesin ən konkret addımı 11 iyulda İraq Kürd Regional İdarəsinin sərhədlərindəki Süleymaniyyə şəhərində atılıb.

MİT-in koordinasiyasında planlaşdırılan və diqqətlə izlənilən mərasim üçün Diyarbəkirdən bir qrup da Şimali İraqa gedib. 150 nəfərlik heyətdə DEM Partiyasının üzvləri və bəzi vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər.

11 iyulda PKK terror təşkilatının ilk qrupu silahlarını yerə qoyaraq məhv edib. Silahlarını təhvil verənlər arasında PKK rəhbərlərindən Bese Hozat da olub.

Təşkilatın rəhbər heyətindən olan bir neçə nəfərin də iştirak etdiyi mərasimdə silahlar yandırılıb.

Bu gün isə “Terrorçusuz Türkiyə” prosesində daha bir mərhələ başa çatıb - PKK Türkiyədən tamamilə çıxır.

Mənbə: TRT haber

Tərcümə etdi: Fəqan Nurullazadə

Paylaş
Şərh əlavə et