Bu gün:

Rusiya Kiyevi yenidən vurub: 3 ölü, 29 yaralı


Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə endirdiyi hava hücumu nəticəsində 3 nəfər ölüb, 6-sı uşaq olmaqla 29 nəfər yaralanıb.Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko Telegram hesabında rusların şəhərə hava hücumu təşkil etdiyini bildirib.

Kliçko Rusiya ordusunun hücumları nəticəsində Kiyevin müxtəlif rayonlarında çoxmənzilli binaların zərər gördüyünü ifadə edərək, bəzi yerlərdə yanğınların baş verdiyini vurğulayıb.

Mənbə: Hüriyyet

Tərcümə etdi: Banuçiçək Qurbanova 

Paylaş
Şərh əlavə et