Bu gün:

Qəzzaya roket zərbələri endirilib


24media.az "APA"-ya istinadən xəbər verir ki, İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsinə raket zərbəsi endirib.



Silahlı Qüvvələrin Mətbuat Xidməti bu haqda  məlumat yayıb.



Məlumata görə, hücum müəyyən bir hədəfə yönəlib. Məqsəd Nuseyrat qaçqın düşərgəsi yaxınlığındakı “İslami Cihad” hərəkatının silahlı bir üzvünü məhv etmək olub.


İsrail tərəfinin məlumatına görə, həmin şəxs İsrail Müdafiə Qüvvələrinin qoşunlarına qarşı hücum planlaşdırıb.

Turqut Ansari

Paylaş
Şərh əlavə et