Bu gün:

Romelo fırtınası Almaniyada da əsir!


Almaniya Bundesliqasının 8-ci turunda “Auqsburq” – “Leypsiq” qarşılaşması qonaqların inamlı qələbəsi ilə yekunlaşıb. “Leypsiq” rəqibini 6:0 hesabı ilə darmadağın edib.

Qonaq komandanın qollarını Yan Diomande (10’), Romelo (18’), Antonio Nusa (22’), Kristof Baumqartner (38’), Assan Uedraoqo (56’) və Castello Lukeba (65’) vurub.

Ötən mövsüm “Göztəpə”də parlayan Romelo, bu matçda da fərqlənərək 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc futbolçu cari mövsümdə 8 oyunda 3 qol və 3 assist ilə diqqət mərkəzindədir.

https://www.haberler.com/spor/romulo-super-lig-in-ardindan-almanya-da-da-19185853-haberi/

Mənbə: Haberler

Tərcümə etdi: Ömər Cəfərov

Paylaş
Şərh əlavə et