Böyük Britaniyanın Baş naziri Keyr Starmer və Ukrayna Prezidenti Vladimir Zelenski Avropa ölkələrinin rəhbərləri ilə Londonda keçirilən görüşdə Rusiyaya qarşı birgə mübarizənin yeni mərhələsini müzakirə ediblər.

Görüş zamanı “İradəlilər koalisiyası” adlanan əməkdaşlıq platformasının yaradılması qərara alınıb. Platformanın əsas məqsədi Rusiyadan neft və qazın beynəlxalq bazarlardan çıxarılması, eləcə də Kremlin hərbi əməliyyatlarını maliyyələşdirmə imkanlarının məhdudlaşdırılmasıdır.
Keyr Starmer çıxışında bildirib ki, Ukraynanın gələcəyi Avropanın təhlükəsizliyinin ayrılmaz hissəsidir: “Ukraynanın gələcəyi bizim gələcəyimizdir. Biz birgə şəkildə Rusiyanın enerji gəlirlərindən asılılığımızı azaltmalı və müharibəni maliyyələşdirən mənbələri kəsməliyik”.
Toplantıda Avropa İttifaqına üzv bir sıra dövlətlərin nümayəndələri, habelə ABŞ və Kanada rəsmiləri də iştirak ediblər.
Ekspertlərin fikrincə, yeni koalisiya Rusiyaya qarşı sanksiyaların daha sistemli və genişmiqyaslı tətbiqinə zəmin yarada bilər.
Mənbə: The Guardian
Tərcümə etdi: İlhamə Nurəhmədova
