Alimlər təxminən 6,000 il əvvəl yaşamış və indiki Kolumbiyanın Boqota Altiplanosu bölgəsində məskunlaşmış insanların qalıqlarını aşkar ediblər. Araşdırmalar göstərib ki, bu insanların genetik izləri tamamilə itib. Onların nə müasir, nə də qədim xalqlarla genetik əlaqəsi mövcuddur.
Tədqiqatçılar skelet qalıqlarından əldə olunan DNT fraqmentlərini analiz etsələr də, bu qrupun nə müasir Kolumbiya xalqları ilə, nə də keçmişdə mövcud olmuş digər insan qrupları ilə bağlılığını təsdiqləyə biliblər. Məlum olub ki, onların genetik quruluşu Panamada yaşayan və Çibçan dillərində danışan xalqlara daha çox bənzəyir.
Təxminlərə görə, bu insanlar region boyunca yayılaraq yerli əhali ilə qarışmış, nəticədə, onların genetik izləri zəifləyərək itib. Amma bu prosesin dəqiq necə baş verdiyi hələlik məlum deyil.
Genetik araşdırmalar göstərir ki, müasir yerli amerikalıların əcdadları Sibir və Şərqi Asiya mənşəli qruplardan olub. Onların təxminən 20,000 il əvvəl bir-birinə qarışdığı, 16,000 il əvvəl isə buz körpüsü vasitəsilə Şimali Amerikaya keçdiyi düşünülür. Həmin nəsil sonradan şimali və cənubi amerikalılar olmaqla iki əsas xəttə bölünüb.
Mənbə: Popular Mechanics
Tərcümə etdi: Emiliya Vəlicanova
