Çinin nəsli kəsilməkdə olan qızılı əyri burunlu meymunları ilk dəfə Avropaya gətirilib. Mərkəzi Çinə xas bu nadir növ “panda diplomatiyası” çərçivəsində Fransanın Beauval və Belçikanın Pairi Daiza zooparklarına göndərilib.

Bir aylıq karantindən sonra meymunlar ictimaiyyətə təqdim olunub və yeni şəraitə uyğunlaşmağa başlayıb. Zooparklarda onlar üçün Çin üslubunda yaşayış sahələri yaradılıb.
Rəsmilər bu təşəbbüsün elmi əməkdaşlıq və təbiəti mühafizə məqsədi daşıdığını bildirirlər. Lakin heyvan haqları müdafiəçiləri uzun məsafələrə daşınmanın onların rifahına təsir edə biləcəyindən narahatdırlar.
Hazırda Fransada və Belçikada saxlanılan meymunlar Asiyadan kənarda yaşayan ilk nümunələrdir və gələcəkdə Çinin yeni simvolu ola bilərlər.
Mənbə: nbcnews.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
